Fizika fənni üzrə "Açıq dərs" keçirilib

24 aprel 2025-ci il tarixində 90 nömrəli tam orta məktəbin fizika müəllimi Gülnarə Hüseynova 8a sinfində " Cərəyan şiddəti" mövzusunda "Açıq dərs" keçirib.
Dərsdinləmədə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Alvina Cavadova iştirak edib.
Dərsdə müasir təlim metodlarından istifadə edilib. Dərsin keçirilməsində əsas məqsəd şagirdlərdə izah etmə xüsusiyyətini aşılamaq, sərbəst şəkildə təqdimat etmə, müəyyənləşdirmə bacarıqlarını inkişaf etdirmək olub.