"Məktəbdəyik" adlı layihə həyata keçirilib

Valideynlərlə məktəb arasında ünsiyyətin genişlənməsi müəllim - şagird - valideyn birliyini artırmaq məqsədlə məktəbin ibtidai siniflər üzrə direktor müavini Sevinc Zaxarova "Məktəbdəyik" adlı layihə həyata keçirib.
Layihə çərçivəsində 90 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdlərinin valideynləri ilə görüş təşkil edilmişdir. Valideynlər təlim-tədris prosesində yaxında iştirak edib. Valideynlər məktəblə tanış olmuş, məktəbin fəaliyyəti, uğurları, təhsil islahatları, yeniliklər barədə ətraflı məlumat əldə etmişlər.
Sonda, müəllim - valideyn əməkdaşlığının şagirdlərin təlim - tərbiyəsindəki rolundan bəhs edilib, valideynləri təhsil prosesinə cəlb etmək və məktəblə əlaqəsini artırmaq üçün görülən işlərdən danışılmışdır.