Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü

      23 Aprel- Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bununla əlaqədar kitabxana müdiri Minayə Əzimova, kitabxanaçı Fəxriyyə Səfərova məktəb kitabxanasında tədbir təşkil edib. Mütaliyəyə diqqətin artırılması məqsədi daşıyan tədbirdə ibtidai sinif müəllimi Nərgiz Muxtarova 4a sinif  şagirdləri iştirak ediblər. 
    Tədbirdə bu günün tarixi haqqında məlumat verib, mütaliə etməyin faydaları, kitabla rəftar və kitabxanadan istifadə qaydaları haqqında danışıb. Tədbirdə iştirak etmiş şagirdlər kitaba aid aforizmlər,şeirlər söyləyib, təqdimatlar hazırlayıb kitabxanaya təqdim ediblər.   
     Tədbirin keçirilməsində məqsəd kitab və mütaliyənin insaların dünyagörüşünün formalaşmasında əsas amillərdən biri olduğunu şagirdlərə aşılamaq olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi