VIII siniflər arasında "Bilik yarışı" keçirilib

     21 aprel 2025-ci il tarixində məktəbin Tədbirlər Planına əsasən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Alvina Cavadovanın təşkilatçılığı ilə VIII siniflərdə təbiət fənləri üzrə "Bilik yarışı" keçirilib.
     Kimya, fizika, coğrafiya və biologiya fənləri  üzrə bilik yarışında 6 komanda- "Zirvə" ,"Qız Qalası", "Qarabağ" , "Təbiətin dahiləri", "Hədəf" ," Ulduz" komandaları mübarizə aparıblar. Şagirdlər müvafiq fənlər üzrə müxtəlif suallara 1 dəqiqə vaxt ərzində cavab veriblər . 
     I yerə 8f sinif komandası "Təbiətin dahiləri" , ll yerə 8b sinfi  "Zirvə" və 8c sinfi "Hədəf" komandaları , lll yerə 8a sinfi "Qız qalası" komandası  çıxıb. Maraqlı yarışma şagirdlərin təbiət fənlərinə olan marağını daha da artırmışdır.     
     Təlim-tərbiyə işləri üzrə direktor müavini Günel Muradova ,Tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova , Fizika fənn metodbirləşmə sədri Həyat Qaragözova ,Coğrafiya fənn metodbirləşmə sədri Ramilə Məmmədli qalibləri təbrik edib , gələcək yarışlarda uğurlar arzulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi