" Depressiya " mövzusunda dərs

21 aprel 2025 - ci il tarixində məktəbin biologiya müəllimi Elmira Əliyeva "Depressiya" mövzusunda 11r sinifində dərs keçmişdir . Dərsdə məktəb psixoloqu Cəmilə Məmmədova iştirak edib, mövzu üzrə dəyərli fikirlər səsləndirib.
Dərs zamanı mövzu barədə geniş məlumat verərək depressiyanın hər yaşda hər fərd də görülə biləcək ruhi bir xəstəlik olduğunu vurğuladılar . Genetik və ya biokimyasal səbəblər , ətraf şərtləri və psixososial çətinliklər , məcbur edilmələr depressiyanın başlamasında faktor ola bilər . Müalicə edilmədiyi vəziyyətdə fərdin həyatını ümidsiz , pessimist , böhran içində keçirməyə başlamasına səbəb yaradaraq , depressiv psixoz olaraq təyin olunan gerçəkləri görməyəcək qədər böhrana qədər çata bilər . Psixiatrik xəstəliklər arasında ən sıx rast gəlinən bir mənzərədir .