Maraqlı dərs

     Məktəbin ibtidai sinif müəllimi Rəna Nağıyeva 2A sinfində "Pullar" mövzusunda maraqlı dərs keçib. Rollu oyun təlim üsulundan istifadə olunaraq Mini market yaradılıb. Şagirdlər satıcı və alıcı rollarını canlandırıblar. 
     Məqsəd  tədris prosesini şagirdlər üçün daha maraqlı və cəlbedici etməkdir. Rollu oyun oynayarkən şagird hər hansı bir obrazı canlandırır, öz təəssüratlarını üzə çıxarır. Oyun vəziyyətinin xəyal olduğunu anlayan uşaqlar buna baxmayaraq, olduqca real hisslər və təcrübələr yaşayır və bununla da daxili dünyalarını zənginləşdirirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi