"Əlfəcin” adlı ədəbi görüş keçirilib

Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə 17 aprel tarixində oxu mədəniyyətini təşviq edən “Əlfəcin” adlı ədəbi görüş keçirildi.
Görüşdə Əməkdar Jurnalist Varis qonaq qismində iştirak etdi. İştirakçılarla birlikdə kitab oxumağın gücü, mütaliənin insan həyatına təsiri, düzgün kitab seçimi və gündəlik həyata inteqrasiyası mövzularında dərin və maraqlı müzakirələr aparıldı.
Tədbir yeniyetmə və gənclərdə mütaliə mədəniyyətini inkişaf etdirmək, kitab sevgisini artırmaq və oxumağı gündəlik həyatın ayrılmaz bir hissəsinə çevirmək məqsədi daşıyırdı.
Məktəbimizin oxumaqdan zövq alan və fikirlərini paylaşmaq istəyən şagirdləri də məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Günel Cəfərovanın bələdçiliyi ilə bu ilhamverici görüşdə iştirak etdilər. Tədbirin sonunda şagirdlərə müəllifin imzası ilə kitablar hədiyyə olundu.
Şagirdlər bu görüşdən dərin təəssüratla ayrıldılar.