Yaddaqalan ekskursiya

      Azərbaycanın görkəmli yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın İçərişəhərdə yerləşən ünvanı- “Ədibin Evi”ni Sabunçu rayonu Rixard Zorge adına 90 saylı məktəbin  tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova,təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Zaxarova,psixoloq Cəmilə Məmmədova,sosial pedaqoq Rəsmiyyə Quliyevanın nəzarəti altında şagirdlər ekskursiya ediblər. 
      Ekskursiya zamanı yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Muzeydə nümayiş olunan eksponatlar arasında Mir Cəlal Paşayevin sənədləri, həyat və fəaliyyətini əks etdirən müxtəlif fotoşəkilləri var. Həmçinin muzeydə alimin şəxsi pasportu, orden və medalları nümayiş olunur. Burada Mir Cəlal Paşayevin azərbaycan və xarici dillərdə seçilmiş əsərləri, ayrıca kitab şəklində çap olunmuş hekayə, roman, povest və dərslikləri var. 
    Görüşdə şagirdlər Azərbaycan xalçalarının əsas məktəbləri və onların naxışları ilə də tanış olublar. Hər birinin kətan üzərində işlədiyi xalça naxışında gənclər milli kimlik rənglərini seçib, yaradıcı şəkildə “Sona ananın xalçasını” canlandırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi