Valideynlərlə görüş keçirilib

Məktəb rəhbəri Vələddin Nurəddinov ,təlim-tərbiyə işləri üzrə direktor müavini Günel Muradova, tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova,məktəb psixoloqu Cəmilə Məmmədova tərəfindən 11 aprel 2025-ci il tarixində elektron sistemlər haqqında (UTİS, şagird qəbulu, şagird yerdəyişməsi, Şagird-məzun sistemi, rəqəmsal platforma, elektron jurnal və s.) maarifləndirmə işinin təşkili məqsədilə valideynlərlə görüş keçirilib. Qəbul zamanı əsasən aşağıdakı suallar:
I sinfə hansı yaş uşaqlar qəbul edilir?
I sinfə şagird qəbulu hansı formada aparılır?
Üstünlük hüququna əsasən şagird qəbulu aparılan məktəblər nəyə əsasən təyin edilir?
Dislokasiya nədir, nə üçün tətbiq edilir və hansı məktəblərə tətbiq edilir?
Məktəblərin əraziləri hansı orqan tərəfindən müəyyən edilir?
Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?
Məktəbəhazırlıq qruplarına qəbul hansı formda həyata keçirilir?
Uşaq həm məktəbəhazırlıq qruplarında, həm də dövlət məktəbəqədər müəssisədə təlim tərbiyəyə cəlb edilə bilərmi?
I sinfə qəbul sistemində və şagird yerdəyişməsi sistemində şagird yerləri necə təyin edilir?
Hansı halda şagird buraxılış imthanalarında iştirak edə bilmir?
Eksternat qaydada imtahanlarda kimlər iştirak edə bilər?
Eksternat qaydada imtahanlarda iştirak etmək istəyən vətəndaş nə vaxt və hara müraciet etməlidir?
X sinfə şagird qəbulu hansı formada aparılır?
Rəqəmsal platformada qeydiyyatdan keçən zaman yaranmış problemlə bağlı hara müraciət edilməlidir? və s.suallara cavab verilib.