"Fizika aylığı” çərçivəsində təşkil olunan sərgi

      90 nömrəli tam orta məktəbin Fizika müəllimi Həyat Qaragözovanın başçılığı ilə 7,8,9-cu sinif şagirdlərinin iştirakı ilə "Fizika aylığı" ilə əlaqədar sərgi təşkil olunub.
     Sərgidə şagirdlər tərəfindən "Atomun quruluşu", "Güzgülər, linzalar" , "Aqreqat hallarının dəyişməsi", "İstilikvermənin növləri", "Cihazlar" və s. mövzularında  divar qəzetləri, modellər, əl işləri , təqdimatlar hazırlanıb. Şagirdlər “Fizika aylığı” çərçivəsində təşkil olunan sərgidə düzəltdikləri qurğular haqqında təqdimatlarla çıxış edib, onların iş prinsipini izah ediblər.
       Qeyd edək ki, sərginin təşkil edilməsində əsas məqsəd fizika fənninə olan marağı artırmaq, müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdləri aşkar etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi