3g sinfində "Açıq dərs"

Məktəbin 3g sinfində ibtidai sinif müəllimi Elmira Şəripovanın başçılığı ilə riyaziyyat fənni üzrə "Ədədin hissəsi” mövzusunda "Açıq dərs" keçirilib.
"Açıq dərs"də təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Zaxarova,ibtidai siniflər üzrə metodbirləşmə sədri Ülviyyə Əmiraslanova, məktəb psixoloqları Cəmilə Məmmədova və Vüsalə Orucova iştirak ediblər.
Dərs elektron lövhə üzərində izah edilib və şagirdlərin fikirləri öyrənildikdən sonra qrup işləri aparılıb. Mövzu şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində öyrənilib. Fikirlər ümumiləşdirilərək nəticələr əldə edilib.