Referat yazı müsabiqəsində qalibik

     7 aprel 2025-ci il tarixində Sabunçu Gənclər Evində keçirilən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102 illik yubileyi ilə əlaqədar Sabunçu rayon məktəbliləri arasında keçirilən referat yazı müsabiqəsinin növbəti mərhələsinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. 
     Məktəbin Xa sinif şagirdi Sərkərova Zəhra elmi rəhbəri təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Zaxarovanın başçılığı ilə "İşğaldan azad edilmiş ərazilərdə erməni vandalizmin izləri" mövzusunda təqdim etdikləri referat müsabiqədə uğur qazanıb , Sabunçu rayonu üzrə ən yaxşı referat qalibi seçilib və final mərhələsinə keçib.    
     Məktəbimizin nümunəvi şagirdi Sərkərova Zəhranı ,Elmi rəhbəri direktor müavini Sevinc Zaxarovanı,Tarix müəllimi Məhsəti Səfərini təbrik edirik və final mərhələsində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi