Fizika fənni üzrə "Açıq dərs"

7 aprel 2025 tarixində məktəbin Fizika müəllimi Həyat Qaragözova 7c sinfində "Açıq dərs " keçirib. "Elektrik dövrəsi və dövrə elementləri" mövzusunda keçən dərsdə məktəb direktoru Vələddin Nurəddinov ,təlim-tərbiyə işləri üzrə direktor müavini Alvina Cavadova , təlim-tərbiyə işləri üzrə direktor müavini Günel Muradova iştirak edib.
Mövzu müəllim tərəfində ətraflı izah olunub. Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçirilib. Tədqiqat sualları qrup liderləri tərəfindən izahlı şəkildə cavablandırılıb. Fikirlər ümumiləşdirilərək nəticələr əldə edilib.
Sonda ev tapşırığı verilib və qrup işləri qiymətləndirilib. Müşahidəçi qismində iştirak edən məktəb rəhbərliyi tərəfindən dərs müzakirə edilib.