Direktoryanı müşavirə keçirilib

Məktəb direktoru Vələddin Nurəddinov , təlim-tərbiyə işləri üzrə direktor müavini Alvina Cavadova məktəbin Kimya, fizika , biologiya, informatika, təsviri incəsənət fənn müəllimləri və laborantları ilə iclas keçirib.
İclasda qeyd olunan fənlər üzrə şagirdlərin praktik bacarıqlarının inkişaf etdirilməsi üçün əyani vəsaitlərdən istifadənin vacibliyi müzakirə olunub. Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT) istifadəsinin perspektivlərindən, müasir və keyfiyyətli təhsil üçün lazım olan elektron resursların tədrisin səmərəli təşkil olunmasındakı rolundan danışılıb. Qeyd olunub ki, İKT-dən istifadə edilərək keçirilən dərs yeni keyfiyyətli dərs tipidir. Bu formada təşkil olunan dərslərdə əyanilik üstünlük təşkil etdiyindən dərsin keyfiyyəti də artacaqdır.
İclasın keçirilməsində məqsəd dərslərdə daha yaxşı nəticə əldə etmək üçün əyani vəsaitlərdən məqsədyönlü istifadə olunması imkanlarını inkişaf etdirməkdir.