Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir

Məktəbin riyaziyyat müəllimi Kifayət Məmmədova 6c sinif şagirdləri ilə birgə Aprel döyüşlərinin 9-cu ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanını ziyarət ediblər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Aprel döyüşlərinin qəhrəmanlarını və qazanılan zəfərdə böyük şücaətlər göstərmiş şəhidlərimizin həyat və döyüş yolu haqqında danışılıb, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb. Daha sonra 6c sinif şagirdləri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə gül dəstələri qoyublar.