Bayram günlərində şəhid ailələri ziyarət olunub

90 nömrəli tam orta məktəbin direktoru Vələddin Nurəddinov , təlim-tərbiyə işləri üzrə direktor müavinləri Alvina Cavadova, Sevinc Zaxarova, tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova,Həmkarlar İttifaqı sədri Rafiq Bayramov ,Sosial pedaqoq Rəsmiyyə Quliyeva ,Fiziki tərbiyə müəllimi Orxan Hüseynli Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər.
Bu bayram ziyarətlərində həmin ailələrin bizim üçün nə qədər dəyərli olması bildirilib, onlarla həmsöhbət olmaq böyük əhəmiyyət daşıyıb. Şəhid məzunlarımız Əliyev Abbas Salam oğlu, Dəmirçiyev Tural Rafael oğlu, Seyidov Əli Rahim oğlu, Manafov Osman Natiq oğlunun qəhramancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizin getdikləri həyat yolu haqqında söhbətlər aparıldı.
Qeyd olunub ki, şəhidlərin xidməti heç nə ilə ödənməz. Şəhidlərimiz öz canlarından, yaşamaq hüquqlarından keçərək vətənimizin bütövlüyü uğrunda vuruşublar. Şəhid, veteran və qazi ailələrinin ziyarət olunması, onlara qayğı göstərilməsi çox böyük əhəmiyyətə malikdir.