Məktəb rəhbərliyi tərəfindən "Təşəkkürnamə" təqdim olunub

Məktəb direktoru Vələddin Nurəddinov , təlim-tərbiyə işləri üzrə direktor müavinləri Alvina Cavadova, Sevinc Zaxarova, Günel Muradova , tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova 2024-2025-ci tədris ilində Respublika Fənn Olimpiadalarının l mərhələsindən uğurla keçən şagirdləri və onların uğur qazanmağında əvəzsiz rolu olan fənn müəllimlərini , Bilik yarışında l,ll,lll yer tutan şagirdləri , məktəbin ictimai işlərində fəal iştirakına görə bir qrup müəllim və işçi heyətini təbrik edərək "Təşəkkürnamə" ilə təltif ediblər. Uğur qazanan şagirdlərə hədiyyələr təqdim olunub.
Səmərəli fəaliyyətinə görə "Təşəkkürnamə" ilə təltif olunan tədbir iştirakçılarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.