Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Humay İsmayılovanın başçılığı ilə məktəb rəhbərliyinin iştirakı ilə Novruz bayramı münasibətilə maraqlı tədbir keçirilib.
Tədbir zamanı 8b sinif şagirdləri Novruz adət-ənənələri haqqında danışmış, xalq rəqslərini ifa etmiş və müxtəlif səhnəciklər təqdim etmişlər,maraqlı oyunlar ,yarışlar keçirmişlər.
Novruz bayramının mənası və əhəmiyyəti barədə şagirdlərin verdiyi məlumatlar tədbir iştirakçılarına bayramın tarixi və ənənələri haqqında dəyərli biliklər qazandırdı. Sonda fəal şagirdlərə sertifikatlar təqdim olunub.