lX SİNİF VALİDEYNLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

14 mart 2025-ci il tarixində məktəb psixoloqu Cəmilə Məmmədova lX sinif şagirdləri ilə keçirdiyi sorğunun nəticələrinin təhlili istiqamətində valideynlərlə onlayn görüş keçirib.
İclas imtahanqabağı valideynlərlə profilaktik söhbətlər aparmaq məqsədi ilə keçirilib.
Görüşdə imtahan həyəcanını minimuma endirmək üçün şagirdlərə psixoloji dəstək olmağın mütləqliyi,imtahan stressinin zehni əlamətlərindən olan neqativ düşüncələrin dəyişdirilməsi mövzusunda valideynlərlə söhbətlər aparıldı.