7r sinfində İngilis dili fənni üzrə "Açıq dərs"

Məktəbin ingilis dili müəllimi Qoşnaliyeva Aidə tərəfindən 13 mart 2025-ci il tarixində 7r sinfində "Friends forever" mövzusunda "Açıq dərs" keçirilib. Dərs dinləmədə fənn üzrə metodbirləşmə sədri Zülfiyyə Hacıyeva iştirak edib.
Dərs fəal təlim metodlarına əsaslanmışdı. Müəllim qruplarla iş təşkil etməyə, dərsin motivasiyasının, problemin qoyuluşu və həlli, qiymətləndirmə kimi mərhələlərinin qurulmasında müasir kurikulum metodlarından istifadə edib. Dərsin gedişi zamanı şagirdlər mövzu üzrə ingilis dilində dialoqlardan istifadə ediblər. Dərs hamı tərəfindən maraqla qarşılandı.