Maarifləndirici söhbət aparılıb

Məktəbin sosial pedaqoqu Rəsmiyyə Quliyeva "Uşaq müdafiəsi və təhlükəsizliyi", "Zorakılıq nədir?" ," Uşaq əməyinin istismarı"," Kiber zorakılıq" və s. mövzusularda siniflərdə maarifləndirici söhbət aparıb. Mövzu ətrafında geniş məlumatlar verilib, fikir mübadiləsi aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.