10 Mart - Milli Teatr Günü qeyd olunub

XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində böyük bir hadisə oldu. Bu gün Azərbaycan teatrı böyük ruh yüksəkliyi ilə Milli Teatr Gününü qeyd edir.
Məktəbimizin 0g, 3g, 4c ,4g ,4d, 4r ibtidai sinif şagirdləri də Milli Teatr gününə həvəslə hazırlaşıblar.
Məktəb direktoru Vələddin Nurəddinov , ibtidai siniflər üzrə direktor müavini Sevinc Zaxarovanın iştirakı ilə keçən tədbirdə kiçik aktyorlar tamaşalar,səhnəciklər nümayiş etdirdilər. Tədbir iştirakçıları teatr haqqında öz fikirlərini bölüşdülər ,təqdimatlar səsləndirdilər.