Şagirdlər analarına açıqca hazırladı

      Məktəbin 1a sinif sagirdləri "8 Mart- Beynəlxalq Qadinlar Günü " münasibətilə analarını təbrik etmək üçün açıqca hazırlayıblar, analara həsr olunmuş şeirlər söyləyiblər. 
     Sinif rəhbəri Zamanzər Əliyeva Beynəlxalq Qadınlar Gününün qeyd olunmasından, onun tarixindən qısa məlumat verərək bildirdi ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Azərbaycan qadını öz ağlı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımızı, millətimizi daim ucaldıbdır. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar!  Ana dünyada ən müqəddəs varlıqdır. Ona görə də biz ana vətən, ana torpaq deyirik. Qarabağ döyüşlərinin ən ön səngərlərində qəhrəmanlıqla vuruşan qadınlarımızı, Azərbaycanın şəhid analarını unutmamalıyıq!
    Əziz xanımlar ,bayramınız mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi