"Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilib

      7 mart 2025-ci il tarixdə  Fövqəladə Hallar Nazirliyi  Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə məktəbdə "Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirici tədbir keçirilib. Bakı Regional Mərkəzinin əməkdaşları kapitan Cavid Manaflı ,baş məsləhətçi Fuad Əkbərov ,Dövlət Yanğına Nəzarət xidməti kapitan Bəhruz Alməmmədov ,Kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə xidməti kapitan Fərid İlhamoğlu iştirak edib, şagirdlərlə maarifləndirici söhbətlər aparıblar. Məktəbin direktoru Vələddin Nurəddinov  keçirilən tədbirin əhəmiyyətindən bəhs etmişdir.
     Nəzəri və praktik olmaqla, iki hissədən ibarət bu tədbirdə məktəblilərə fövqəladə halların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişət qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel, daşqınlar, yol qəzaları, partlayışlar və digər müvafiq məsələlərlə bağlı ətraflı məlumat verilib.
    Tədbirin keçirilməsində məqsəd fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, birgə fəaliyyətin uzlaşdırılmasının məşq edilməsi ilə yanaşı, məktəbin kollektivinin fövqəladə hadisələrdən mühafizə üsulları və bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarət olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi