IX sinif şagirdlərinin imtahan həyəcanının yoxlanılması

      6 mart 2025-ci il tarixində R.Zorge adına 90 nömrəli tam orta məktəbin psixoloqu Cəmilə Məmmədova tərəfindən 9a,9f,9e sinif şagirdləri ilə “İmtahan həyəcanının yoxlanılması” adlı maarifləndirici görüş  keçirilib. Şagirdlərin imtahan həyəcanı səviyyəsini öyrənmək üçün psixoloji test verilib.
     Görüşün  keçirilməsində əsas məqsəd şagirdlərin imtahan qabağı həyəcan, stress hallarını müəyyənləşdirmək və bununla əlaqədar onlara dəstək göstərməkdən ibarət idi.
     Psixoloq şagirdləri imtahan öncəsi yarana biləcək psixoloji və fizioloji dəyişikliklərlə bağlı məlumatlandırdı, imtahan zamanı həyəcanlarını idarə edə bilmək üçün tövsiyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi