İNGİLİS DİLİ FƏNNİ ÜZRƏ "AÇIQ DƏRS"

Məktəbin ingilis dili müəllimi Məhluqə Bayramovanın təqdimatında 7b sinfində “Story time. Better than you "mövzusunda “Açıq dərs” keçirilib.
Şagirdlər dərs zamanı qruplara bölünüblər. Mövzu ilə bağlı videoçarx izlənilib. Tədqiqat işi aparılıb, mövzu üzrə suallar cavablandırılıb. Dərsdə müxtəlif təlim üsullarından istifadə olunub. Sonda qiymətləndirmə aparılıb.
İngilis dili fənnindən “Açıq dərs”lərin keçirilməsində məqsəd şagirdlərin xarici dil fənlərinə marağını artırmaq, ingilis dili biliklərini daha da inkişaf etdirməkdən ibarət olub.