İDMAN HƏFTƏSİNDƏ GİMNASTİKA

      Şagirdlərin  idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən  28.02.2025-ci il tarixli 3-29-69/3-2-06F/2025 nömrəli əmri ilə 4-10 mart 2025-ci il tarixlərində  idman həftəsinə start verilib. 
     İdman həftəsinin keçirilməsində məqsəd şagirdlərin sağlamlığı, onların idmana olan maraqlarının daha da artırılması, idman həftəsinin proqramına aid olan səhər gimnastikasının müntəzəm yerinə yetirilməsidir.
     Məktəb həyətində ibtidai sinif şagirdləri gimnastikası edib.  Fiziki tərbiyə müəllimlərinin başçılığı ilə keçirilən gimnastika təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı məqsədilə keçirilib.
     Qeyd edək ki, həftə ərzində məktəblilərin iştirakı ilə mövcud qaydalara uyğun gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma və digər tədbirlər həftə ərzində təşkil olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi