Psixoloji söhbət aparılıb

     5 mart 2025-ci il tarixində məktəbin psixoloqu Cəmilə Məmmədova tərəfindən 6e sinif şagirdləri ilə maarifləndirici söhbət aparılıb.
      Söhbət zamanı psixoloq dostluq münasibəti, dost anlayışı kimi bir sıra mövzulara toxunub. Eyni zamanda dostluğun seçici xarakter daşıması, əhatədə olan insanların düzgün seçilməsi, yeniyetmə oğlan və qızlar arasında ünsiyyət və münasibətin yoldaşlıq zəminində qurulması mövzusu da müzakirə olundu. Həmçinin şagirdlərə düzgün ünsiyyət qurmağın yolları barəsində məlumat verildi. 
    Mövzu şagirdlər arasında maraqla qarşılandı. Şagirdlər dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi