AFFA yeni layihəyə start verdi

AFFA, Elm və Təhsil Nazirliyinin birlikdə əməkdaşlıq çərçivəsində məktəb və futbol klublarında SCALE layihəsinə (İdman Karyerası və Akademik öyrənmənin gücləndirilməsi) start verilib.
Məktəbimizin fiziki tərbiyə müəllimi Rafiq Bayramov bu layihədə iştirak edib. Qeyd olunub ki, layihə 2025-ci ilin dekabrına qədər davam edəcək və əsas məqsəd gənc futbolçuların təhsildən uzaqlaşmasının qarşısını almaq, onların həm idmanda, həm də akademik sahədə inkişafına dəstək olmaqdır.
SCALE layihəsi AFFA-nın rəhbərliyi ilə Bakının müxtəlif məktəblərində və futbol akademiyalarında icra ediləcək. Təhsil və idmanı birləşdirən bu təşəbbüs gənc idmançıların həm məktəb uğurlarını artırmalarına, həm də futbol karyeralarını inkişaf etdirmələrinə kömək edəcək.