XI sinif şagirdləri ilə psixoloji söhbət aparılıb

4 mart 2025-ci il tarixində akt zalında məktəb psixoloqu Cəmilə Məmmədova məktəbin XI sinif şagirdləri ilə imtahan nəticələrinin müzakirəsi ,imtahan sonrası həyəcan , stress onunla mübarizə aparmağın yolları barədə maarifləndirici söhbət aparıb. Şagirdlərə stressə səbəb olan faktorlar və onların aradan qaldırılması yolları barədə məlumat verildi, diqqət etməli olduqları məqamlar şərh edildi.
Psixoloq şagirdlərin həyəcanının aradan qaldırılması ilə bağlı söhbət apardı. O qeyd etdiki, stress - imtahanda şagirdin bacarığından səmərəli şəkildə istifadə etməsinə neqativ təsir göstərən narahatlıq halıdır. İmtahan stressinin əlamətləri özünü fizioloji, emosional , zehni və davranış sferasında göstərə bilər.
Belə maarifləndirici söhbətlərin aparılmasında məqsəd şagirdlərdə yaranan stress, həyəcan, narahatlıq hissini aradan qaldırmaqdır.