Sinif otağına şəhid adı verilib

28 fevral 2025-ci il tarixində məktəbin 6c sinfinə torpaqlarımızın bütövlüyü uğrunda I Qarabağ müharibəsində şəhid olmuş Vəliyev Əlövsət Cəfərxan oğlunun adı verilib.
Açılışda şəhid ailəsi ,məktəb direktoru Vələddin Nurəddinov, tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova,sosial pedaqoq Rəsmiyyə Quliyeva iştirak edib. Məktəbin uşaq birliyi təşkilatının rəhbəri Lida Muxtarova ,riyaziyyat müəllimi Kifayət Məmmədovanın təşəbbüsü ilə keçirilən tədbirdə çıxış edənlər bildirdilər ki, qəhrəmanlar heç zaman unudulmurlar.
Qeyd olundu ki, şəhidlər haqqında yazılanlar, onlar haqqında danışmaq, gənc nəsil üçün təkcə qəhrəmanlıq numunəsi deyil, həm də Vətənə sədaqətdi. Buna görə də şəhidlərdən həmişə qürurla, sevgilərlə, kövrəkliklə danışırıq.Sonda bir daha qeyd olundu ki, şəhidlər unudulmayacaq.