“Ana harayı” abidəsi ziyarət olunub

Tarixə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 33-cü ildönümü ilə əlaqədar 90 nömrəli tam orta məktəbin rəhbər heyəti və pedaqoji kollektivi soyqırım qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər. Onlar Xocalı soyqırımı abidəsinin önünə gül dəstələri qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Allahdan faciə qurbanlarının ruhuna rəhmət diləyirik!