Xocalı soyqırımına həsr edilmiş sinif təşkilat saatı

Məktəbin 4c sinfində ibtidai sinif müəllimi İlhamə Bayramovanın başçılığı ilə 26 fevral Xocalı soyqırımının otuz üçüncü ildönümünə həsr edilmiş sinif təşkilat saatı keçirilib.
Tədbirdə Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub. Sinif rəhbəri əvvəlcə şagirdlərə Xocalı soyqırımı haqqında məlumat verib. Bildirilib ki, bu soyqırımı Azərbaycan tarixinə dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün əsl mahiyyətini və erməni vəhşiliyini bütün çılpaqlığı ilə üzə çıxardıb. Günahsız dinc əhalinin, o cümlədən qocaların, qadınların, uşaqların vəhşicəsinə öldürülməsi erməni xislətinin əsl simasını ortaya qoydu. Xalqımız tarixinə qanla yazılmış bu faciəni heç vaxt unutmayacaq.
Sonda şagirdlərin ifasında Xocalı soyqırımına həsr edilmiş şeir, ədəbi-bədii kompozisiya və səhnəciklər nümayiş etdirilib.