XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TƏDBİR

26 fevral 2025-ci il tarixdə məktəbin 1a sinfində Xocalıda baş vermiş qanlı faciənin 33-cü ildönümü ilə əlaqədar “Xocalı Soyqırımı” mövzusunda sinifdaxili tədbir keçirilmişdir.
İbtidai sinif müəllimi Zamanzər Əliyevanın başçılığı 1a sinfində keçirilən tədbir həmin gecə qətlə yetirilən qurbanların xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanmışdır.
Qeyd olundu ki, Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Xocalı faciəsinə həsr olunmuş tədbirdə şagirdlər soyqırımı əks etdirən şeirlər söylənmiş, divar qəzetləri hazırlamış, səhnəciklər nümayiş etdirilmiş, hərbi–vətənpərvərlik mövzusunda musiqilər səsləndiriblər.