Maarifləndirici görüş keçirilib

     Coğrafiya fənn aylığı çərçivəsində məktəbin Coğrafiya müəllimi Ramilə Məmmədlinin təşkilatçılığı ilə maarifləndirici görüş keçirilmişdir. Bu məqsədlə EcoHub ictimai birliyinin nümayəndələri məktəbə dəvət olunmuşdur.
     Ekologiya və Təbii Sərvətlər Nazirliyinin EcoHub ictimai birliyi plastik tullantıların ətraf mühitə mənfi təsirini azaltmaq üçün fəaliyyət göstərən platformadır.
     Təşkilatın əməkdaşları tərəfindən məktəbimizdə şagirdlərin maarifləndirilməsi məqsədilə müzakirələr təşkil olunmuşdur.Plastik tullantıların zərərləri,utilizasiyasının istiqamətləri barədə ətraflı məlumat verilmişdir.Şagirdlərə plastik tullantıları çeşidləmək üçün karton qutular verilmiş və qutuları öz ideyalarına uyğun dekor etmək tapşırılmışdır.Eyni zamanda şagirflərə eco çantalar bağışlanmış,plastik istehlakının azadılmasına diqqət yönəldilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi