Situasiya Mərkəzinə ekskursiya təşkil olunub

Uşaqların ətraf mühit sahəsinə marağını artırmaq məqsədilə Bakı şəhəri 90 nömrəli tam orta məktəbin şagirdləri üçün Milli Hidrometeorologiya Xidmətinə ekskursiya təşkil olunub.
Tədbir zamanı xidmətin mütəxəssisləri tərəfindən şagirdlərə Hidrometeorologiya muzeyində yer alan ölkəmizin milli hidrometeorologiyasının tarixini əks etdirən avadanlıqlar, fotoşəkillər, eksponatlar, ölçü cihazları barəsində məlumat verilib.
Daha sonra Situasiya Mərkəzində şagirdlərə hidrometeoroloji müşahidələrin təşkili, məlumatların qəbulu, emalı, vizuallaşması, həmçinin əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub.
Tədbirin sonunda şagirdlərlə ətraf mühitin mühafizəsində, ətraf mühitin qorunmasında kiçik yaşlıların rolu barədə diskussiya aparılıb, eyni zamanda uşaqlara ekologiya sahəsində görülən tədbirlər barədə məlumat verilib.