"Ana dilinin işığında" adlı tədbir-viktorina keçirilib

Məktəbin akt zalında 21 Fevral -Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Ana dilinin işığında" adlı tədbir-viktorina keçirilib.
Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Humay İsmayılovanın başçılığı ilə təşkil olunmuşdu. Fəal şagirdlərinin iştirakı ilə keçirilən intellekt mübarizəsində müxtəlif komandalar yarışdı. Aparıcılar Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər saldılar, dilimizin tarixi mərhələləri, ulu babalarımızdan miras qalan ən qiymətli milli sərvətimiz olan ana dilimizin gözəlliyi, incəliyi haqqında məlumatlar verdilər. Viktorina bir neçə mərhələdə keçirildi. Sonda "Söz xəzinəsi " komandası l yerə layiq görüldü , sertifikatlarla təltif olundular.
Məktəb rəhbərliyin iştirakı ilə keçən tədbirdə Fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışılıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salınıb. Bildiriblər ki, Ana dili xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynasıdır. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. Biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.
Sonra məktəblilər Ana dilinə həsr olunan ədəbi-bədii kompozisiya göstərib, dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndiriblər.
Tədbirin sonunda bu gözəl gün munasibəti ilə tədbir iştirakılarını və şagird kollektivini təbrik edərək onlara öz təşəkkürünü bildiriblər.