Ana dilim şirindir

20 fevral 2025-ci il tarixində 90 nömrəli tam orta məktəbdə 21 Fevral- Beynəlxalq Ana Dili Günü münasibətilə məktəbin ibtidai sinif müəllimi Zamanzər Əliyeva 1a sinfində "Ana dilim şirindir " mövzusunda sinifdaxili tədbir keçirib. Şagirdlər Ana dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, hazırladıqları divar qəzetlərini təqdim ediblər.
Beynəlxalq Ana Dili Gününün qeyd edilməsində əsas məqsəd doğma dilimizin saflığının qorumaq, gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, şagirdlərə dilimizə sevgi və hörmət hissini aşılamaqdır.