21 FEVRAL - BEYNƏLXALQ ANA DİLİ GÜNÜ QEYD OLUNUB

     90 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Elmira Şəripovanın təşkilatçılığı ilə 3g sinfində  Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.

     Müəllim 21 Fevral-Beynəlxalq Ana dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışdı ,dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər saldı. Ana dilimizin dünya dilləri arasında layiqli yerini tutmasında Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Prezident İlham Əliyevin Azərbaycan dilinin geniş təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb, bu sahədə imzalanan mühüm dövlət sənədlərini xatırlatdı.Ana dilini xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynası olduğunu vurğuladı, qeyd etdi ki, ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir.     
       Sonda şagirdlər ana dilinə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa etdilər,videoçarxa tamaşa etdilər.

https://www.youtube.com/shorts/XjLMx1wJDT4

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi