Coğrafiya fənni üzrə "Açıq dərs" keçirilib

90 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Güllər Quliyeva coğrafiya fənn aylığı çərçivəsində 18 fevral 2025-ci il tarixində "Açıq dərs" keçirib.
7a sinfində keçən dərsdə mövzu “Dünya okeanının hissləri” olmuşdur. Şagirdlər mövzu üzrə geniş məlumat mübadiləsi və müzakirəsi aparıblar. Dərsdinləmədə təlim-tərbiyə işləri üzrə direktor müavinləri Günel Muradova , Alvina Cavadova iştirak ediblər.
7a sinif şagirdləri okeanda quru parçaları, okeanların canlı aləmi, okean suları haqqında maraqlı məlumatlar toplayıb və təqdimatlar hazırlayıblar. Dərsin sonunda müəllim şagirdlərin fəallıq dərəcəsinə və dərsə aid müvafiq standartların reallaşması tələbinə uyğun olaraq qiymətləndirmə aparıb.