8A sinif şagirdləri ilə maarifləndirici söhbət aparılıb

Məktəbdə "Şagird davranış qaydaları"nın həyata keçirilməsi və psixoloji dəstək işinin gücləndirilməsi məqsədilə 8a sinif şagirdləri ilə maarifləndirici söhbət aparılıb.
Məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Alvina Cavadova ,məktəb psixoloqu Cəmilə Məmmədova ,sinif rəhbəri Maqsud Mirzəyev "Bulinq və onun növləri", "Telefon və sosial şəbəkələr","Şagird davranış qaydaları və nizam-intizam" mövzuları istiqamətində 8a sinif şagirdləri ilə müzakirələr aparıb və onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırıblar.