Memorial Soyqırımı Muzeyinə ekskursiya edilib

     Məktəbin tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqovanın rəhbərliyi altında 10c sinif şagirdləri sinif rəhbəri Kifayət Məmmədovanın başçılığı ilə Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşını qorumaq və Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə şagirdlərin Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında yerləşən Memorial Soyqırım muzeyinə ekskursiyası təşkil edildi.
       Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində təşkil olunan ekskursiya yeniyetmə və gənclərin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə hörmət ruhunda tərbiyə olunması və gələcək nəsillərin qan yaddaşının möhkəmləndirilməsinə xidmət edirdi. 
     Şagirdlər muzeydəki eksponatlarla yaxından tanış oldular. Muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 kv.m sahədə yerləşib. Muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci ilin fevralın 26-da Prezident İlham Əliyevin rəhbərliyi altında 100 mindən artıq insanın Xətai rayonu ərazisində yerləşən "Ana harayı" abidəsinə keçirilmiş yürüşünün iri həcmli fotoşəkli yerləşdirilib.     
     Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub. Muzeydə həmçinin qətlə yetirilmiş ailələrin, eləcə də qadınların, qocaların, uşaqların, fotoşəkilləri və əşyaları, erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də nümayiş etdirilir. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılıb.    
     Muzeyin əməkdaşı tərəfindən muzey barədə məktəblilərə ətraflı məlumat verildi. Şagirdlər muzeyin akt zalında Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsgərlərlə görüşündən və milli qəhrəman Mübariz İbrahimovdan bəhs edən videoçarxa baxdılar. Sonda direktor müavini Aygün Sadıqova “Xatirə dəftər”inə muzeylə bağlı  təəssüratlarını yazıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi