Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu

     Fevralın 15-də Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə keçirilən forumda 600-dən çox müəllim iştirak edib. Məktəbimizin coğrafiya müəllimi ,Gənc Coğrafiyaçılar birliyinin üzvü Məmmədli Ramilə Forumda iştirak edib. AGMA-nın sədri Pərvinə Qədimova forumun məqsəd və əhəmiyyəti barədə iştirakçılara məlumat verib.
     Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzunun təhsil sistemi üçün əhəmiyyətindən, son dövrlər bu sahədə görülən işlərdən danışıblar.
      Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov isə "Rəqəmsal Məktəb" platforması haqqında məlumat verib. Digər çıxışçılar da gənc müəllimlərin “Süni intellektin təhsildə tətbiqi” mövzusunda maarifləndirilməsinin olduqca məqsədəuyğun və vacib olduğunu qeyd ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi