Beynəlxalq kitab bağışlama günü qeyd olunub

14 fevral – Beynəlxalq kitab bağışlama günüdür. Bununla əlaqədar Beynəlxalq kitab bağışlama günündə 3g sinif şagirdləri və ibtidai sinif müəllimi Elmira Şəripova məktəb kitabxanasına ekskursiya ediblər və “Beynəlxalq kitab bağışlama günü”nü qeyd ediblər.
Kitabxana müdiri Minayə Əzimova , kitabxanaçı Fəxriyyə Səfərova şagirdləri salamlayıb, “Beynəlxalq kitab bağışlama günü” münasibətilə məktəbliləri təbrik edib və bildirib ki, bu bayram uşaqlarda kitaba sevgi hissi yaradır, mütaliə mədəniyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. 2012-ci ildən qeyd edilən bu bayramın ABŞ-da yarandığını və ölkəmizdə 2013-cü ildən qeyd olunduğunu söylənilib.