Kitab bağışlama günündə məktəb kitabxanasına ekskursiya olunub

     Məktəbin 1a sinif şagirdləri ibtidai sinif müəllimi Zamanzər Əliyevanın başçılığı ilə 14 fevral -Kitab bağışlama günü ilə əlaqədar məktəb kitabxanası ilə tanış olublar.  

     Tədbirin əsas məqsədi onları mütaliəyə həvəsləndirmək, yeni ədəbiyyat nümunələri ilə tanış etmək və kitabxana resurslarından daha səmərəli istifadə etməyə təşviq etmək idi.
     Görüş zamanı kitabxana müdiri Minayə Əzimova, kitabxanaçı Fəxriyyə Əzimova tərəfindən kitabxanada olan maraqlı kitablar şagirdlərə təqdim edildi, onların məzmunu və mövzuları haqqında məlumat verildi. Şagirdlərə kitabların hansı yaş qrupları üçün uyğun olduğu, onların oxu vərdişlərini necə inkişaf etdirə biləcəyi izah olundu. Müzakirələr zamanı şagirdlər maraqlandıqları kitablar haqqında suallar verdilər və oxumağı planlaşdırdıqları əsərlər barədə fikirlərini bölüşdülər.
      Bu tədbir şagirdlərdə mütaliəyə marağı artırdı, onların bilik dairəsini genişləndirdi və kitabxana ilə daha sıx əlaqə qurmağa şərait yaratdı. Şagirdlər oxumağın əhəmiyyəti və yeni biliklər qazanmağın dəyəri barədə daha dərindən düşünməyə başladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi