Dərsdinləmə aparılıb

 

       Məktəbin Fəaliyyət Planına uyğun olaraq 13 fevral 2025 tarixində təlim-tərbiyə işləri üzrə direktor müavini Alvina Cavadova tərəfindən dərsdinləmə həyata keçirilib. Dərsdinləmə Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Cəfərovanın 9d sinfində İsmayıl Şıxlı "Namərd gülləsi" mövzusunda Ədəbiyyat fənni üzrə aparılıb.
       Dərsdinləmələrin aparılmasında məqsəd fənn müəllimlərinin tədris müvəffəqiyyətini qiymətləndirməklə yanaşı bacarıqlarının inkişaf etdirilməsi, yenilik və dəyişikliklərin təbliği, peşəkar dəstək və tədrisin inkişaf etdirilməsi məqsədi daşıyır.
        Dərs metodiki cəhətdən düzgün qurulub. Vaxtdan səmərəli istifadə olunub. Şagirdlərdə əməkdaşlıq bacarığı formalaşdırılıb.
         Fənn müəllimi dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi