1b sinif şagirdlərinin kitabxana ilə tanışlığı

    Gənc nəslin ağıllı, milli-mənəvi dəyərlərə bağlı olaraq formalaşmasında kitablar böyük rol oynayır. Uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması vacib amillərdən biridir. Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir.
   Şagirdlərə mütaliə etmək vərdişlərini aşılamaq, kitabxana qaydalarına yiyələnmək və kitabxanadan özlərinin sərbəst istifadə etməsi məqsədilə məktəbin ibtidai sinif müəllimi Bəsti Əliyevanın rəhbərliyi ilə 1b sinif şagirdlərinin kitabxana ilə tanışlığı baş tutmuşdur.
    Şagirdlərin kitabxana ilə tanışlığında əsas məqsəd uşaqlarda mütaliə vərdişlərini formalaşdırmaq, onların kitaba olan sevgisini bir daha artırmaqdır. Kitabxana müdiri Minayə Əzimova şagirdlərə kitab, onun yaranması, kitabların rəflərdə düzülüşü, kitabı axtarma metodları, kitabxanada oxucunun özünün necə aparması qaydaları barədə geniş məlumat verdi. Bundan başqa kitabxanaçı Fəxriyyə Səfərova şagirdləri uşaq ədəbiyyatı nümunələri ilə tanış etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi