BilBacar müsabiqəsinin növbəti mərhələsi keçirilib

     7 fevral 2025-ci il tarixində 90 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini Alvina Cavadovanın rəhbərliyi ilə riyaziyyat müəllimi Şəhanə Quliyevanın təşkilatçılığı ilə BilBacar müsabiqəsinin növbəti "Yarış" mərhələsi keçirilib. 
     Qeyd edək ki, "Yarış" bölməsi ayda bir dəfə aktivləşməklə 8 seansdan (imtahandan) ibarətdir. "Yarış" bölməsinin hər bir seansı məktəbdə BilBacar koordinatorunun müşaiyəti ilə keçirilir. Müsabiqədə iştirak edən şagirdlər bu mərhələdə uğurla iştirak ediblər. Şagirdlər "Yarış" bitdikdən sonra öz nəticənizi respublika üzrə, regional təhsil idarəsi üzrə, məktəb üzrə və eyni zamanda liqalar üzrə görə biliblər.
     BilBacar müsabiqəsinin keçirilməsində məqsəd VIII, IX və X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqlardan istifadə etmək qabiliyyətini inkişaf etdirmək və həmin bacarıqların real həyatda tətbiqinə sövq etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi