Pedaqoji Şura iclası keçirilib
31 yanvar 2025-ci il tarixində məktəbin akt zalında Fəaliyyət Planına uyğun olaraq 2024/2025-ci tədris ilinin növbəti Pedaqoji Şura iclası keçirilib. İclas məktəb rəhbəri Vələddin Nurəddinovun çıxışı ilə başlayıb. Əvvəlcə , pedaqoji heyət salamlanıb və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimlər məlumatdırılıb.
İclasda IX sinif buraxılış imtahanlarına hazırlıq vəziyyətinin öyrənilməsi , Rəqəmsal bacarıqlar və STEAM layihələrinin tədris səviyyəsinin öyrənilməsi , Respublika fənn olimpiadaları və fənn müsabiqələrinin nəticələri , fənn aylıqlarının təşkili , Kiçik Akademiyanın fəaliyyəti , şagird davranış qaydalarının tətbiqi ilə bağlı görülən işlərin hesabatı, şagirdlərin dərsə davamiyyəti, dərsdən yayınan şagirdlər haqqında görülən tədbirlər, xüsusi hallar haqqında ətraflı məlumat , risk qrupuna daxil olan şagirdlərlə aparılan işlər və digər cari məsələr müzakirə olunub.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Alvina Cavadova 2024-2025-ci tədris ilinin l yarımilliyinin yekunları, IX siniflərdə buraxılış imtahanları üzrə monitorinqin nəticələri, RFO-nun şəhər turunda məktəb şagirdlərinin nəticələri barədə ,Təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Zaxarova lll siniflərdə keçirilən tədris dili və riyaziyyat fənləri üzrə monitorinqin nəticələri üzrə, Tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova sinif rəhbərlərinin fəaliyyətinin istiqamətləri barədə ,
məktəbin psixoloqu Cəmilə Məmmədova valideyn-şagird və məktəb münasibətlərinin tənzimlənməsi istiqamətləri haqqında ,psixoloq Vüsalə Orucova məktəbdə sağlam mühitin formalaşdırılması üçün görülməli işlər barədə məruzə ediblər.
Cari məsələlər, məktəb nizamnaməsinin müzakirəsi və s. vacib məsələr barədə məktəb direktoru Nurəddinov Vələddin məruzə edib. Sonda məktəb rəhbərliyi hər bir müəllimə öz işinə məsuliyyətlə yanaşmağı tapşırıb, işlərində uğurlar arzulayıb.