II siniflərdə monitorinq keçirilib
21 yanvar 2025-ci il tarixdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Zaxarovanın başçılığı ilə ll siniflərdə şagirdlərin təlim nəticələrini yoxlamaq məqsədilə monitorinq keçirilib. Ana dili və riyaziyyat fənlərindən şagirdlərə suallar təqdim olunmuş və 90 dəqiqə müddətində ll sinif şagirdləri sualları cavablandırmışlar.
Monitorinqin keçirilməsində məqsəd şagirdlərin məzmun standartlarının mənimsəmə vəziyyətini yoxlamaq, əvvəlki tədris ilində aparılan monitorinqin nəticələri ilə cari ilin monitorinq nəticələrini arasında müqayisə etməklə, hansı keyfiyyət irəlləyişinə nail olmanı müəyyənləşdirməkdir.